AmoFresh 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində
19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2026) stendimizi ziyarət edən hər kəsə təşəkkür edirik!
Sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də stendimizə baş çəkərək AmoFresh-in meyvə və tərəvəzlərin təravətini qorumağa yönəlmiş innovativ həlləri ilə tanış oldu.
Bu mötəbər tədbirdə məhsullarımızı təqdim etmək, sahə üzrə peşəkarlarla görüşmək və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək bizim üçün böyük qürur və məmnuniyyət oldu.
🤝 Stendimizi ziyarət edən bütün qonaqlara, tərəfdaşlara və təşkilatçılara təşəkkür edirik.
AmoFresh olaraq innovativ həllərimizlə sektora dəyər qatmağa davam edəcəyik.


