Xəbərlər

Daşkənddə Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında işgüzar görüşlər keçirilib.

Daşkənd şəhərində keçirilən “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma” mövzusunda aqrobiznes forumunda Amogroup olaraq iştirak etdik.
Forum çərçivəsində Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları ilə B2B və B2G formatında görüşlər keçirildi.
Görüşlər zamanı:
• Meyvəçilik, tingçilik və şərabçılıq sahələrində əməkdaşlıq imkanları müzakirə olundu
• Aqrar texnika və ehtiyat hissələri üzrə həllər təqdim edildi
• Yeni tərəfdaşlıqların qurulması və investisiya imkanları dəyərləndirildi
Tədbir, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarətin artırılması və aqrar sahədə innovativ yanaşmaların təşviqi baxımından mühüm platforma oldu.
Amogroup olaraq, gələcək əməkdaşlıqlara açığıq və aqrar sektorun inkişafına töhfə verməyə davam edirik.